Türkiyə hərbi təyyarələri Suriyada əməliyyata başladı

Türkiyə hərbi təyyarələri Suriyada əməliyyata başladı
18:34 20 Yanvar 2018
79 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə Hərbi HavaQüvvələrinə məxsus hərbi təyyarələr PYD-YPG qruplaşmasının Suriyanın Afrin bölgəsindəki mövqelərini bombalamağa başlayıb. 

 

APA-nın NTV-yə istinadən verdiyi xəbərə görə, hərbi təyyarələr qabaqcadan müəyyənləşdirilmiş mövqelərə zərbə endirirlər. Hələlik təyyarələrin Suriya hava məkanına keçib-keçmədiyi məlum deyil. Türkiyə ərazisindən də Suriya içərisindəki həmsərhəd ərazilərə zərbə endirməyin mümkün olduğu bildirilir. Azad Suriya Ordusu bölmələrinin isə qurudan əməliyyata başladığı xəbər verilir.

 

Türkiyə ordusunun Baş Qərargahından məsələ ilə bağlı rəsmi açıqlama gözlənilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/292809

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR