Əfqanıstanda otelə silahlı hücum: ölənlər var

Əfqanıstanda otelə silahlı hücum: ölənlər var
23:08 20 Yanvar 2018
39 Dünya
Ölkə mətbuatı
A- A+

Bir qrup silahlı Əfqanıstanın paytaxtı Kabildəki “Intercontinental Hotel”-ə hücum edib.

Publika.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.

Məlumata görə, hücum zamanı bir neçə nəfər öldürülüb. Qeyd edilir ki, dörd terrorçu kamikadze mehmanxanaya daxil ola bilib.

Əraziyə cəlb olunan hüquq-mühafizə orqanlarının əməkdaşları terrorçulara qarşı silahlı əməliyyat keçirib. Atışmanın baş verdiyi ərazi əhatəyə alınıb.

"Intercontinental Hotel" Kabildə əcnəbilər arasında ən məşhur mehmanxanalardan biridir. Burada Qərb dövlətlərinin rəsmi nümayəndələri mətbuat konfransları keçirir.

Mehmanxana 2011-ci ildə də hücuma məruz qalıb. Həmin vaxt törədilmiş dörd partlayış nəticəsində 10 əfqanıstanlı öldürülüb. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/228433.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR