Çexiyanın paytaxtı Praqada mehmanxanada baş vermiş yanğın zamanı xəsarət alanların sayı artıb

Çexiyanın paytaxtı Praqada mehmanxanada baş vermiş yanğın zamanı xəsarət alanların sayı artıb
23:22 20 Yanvar 2018
105 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 yanvar. REPORT.AZ/ Çexiyanın paytaxtı Praqada mehmanxanada baş vermiş yanğın zamanı xəsarət alanların sayı 40 nəfərə çatıb.
"Report"un məlumatına görə, bu barədə "TV Noviny" xəbər verib.
Xəbərdə bildirilir ki, hadisə zamanı 2 nəfər ölüb. Lakin ölən və yaralananların sayı arta bilər. Belə ki, xilasedicilər binanın təxliyyəsini davam etdirirlər.
Həmçinin qeyd olunur ki, həkimlər huşunu itirmiş bir neçə nəfərə tibbi yardım göstərirlər. 

***22:36
Çexiyanın paytaxtı Praqada yerləşən mehmanxanaların birində yanğın baş verib.
“Report” xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb. 
Xəbərə görə, hadisə nəticəsində azı iki nəfər ölüb, habelə onlarla insan xəsarət alıb. Hadisənin təfərrüatı açıqlanmır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cexiyanin-paytaxti-praqada-mehmanxanada-bas-vermis-yangin-zamani-xesaret-alanlarin-sayi-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR