Bir ailədən 5 nəfər xəstəxanalıq oldu

Bir ailədən 5 nəfər xəstəxanalıq oldu
15:49 21 Yanvar 2018
133 Digər
Ölkə mətbuatı
A- A+

Ağdamda bir ailənin 5 üzvü qidadan zəhərlənib.

 

APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Çullu kəndində baş verib.

 

Kənd sakinləri 31 yaşlı Cabbarova Əsmər, 29 yaşlı  İsmayılova Elnaz, 28 yaşlı Cabbarova Aygün, 28 yaşlı Cabbarov Rahib və  10 yaşlı Cabbarov Nərmin Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Xəstəxanadan APA-nın Qarabağ bürosuna  verilən məlumata görə, zəhərlənən ailə üzvlərinin vəziyyəti ağır olduğundan paytaxt xəstəxanalarından birinə göndərilib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/292857

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR