Türkiyənin ATV kanalında yayımlanan "Qaçaq" serialı bitir.
ANS PRESS-in məlumatına görə, serial yaxın zamanlarda final bölümü ilə televiziya tamaşaçıları ilə vidalaşacaq.
Serialın pərəstişkarları ATV-nin rəsmi Facebook səhifəsində serialın mənfi xarakterli obrazı Ertan Demiri canlandıran Berk Hakmanla görüşüblər.
Aktyor "Serialının 3-cü mövsümü olacaqmı?" sualına , ”Xeyir, olmayacaq. Çox yaxında bitirik” deyə cavab verib. Berk Hakman serialının bitməsinin səbəbini senarinin tükənməsi ilə əlaqələndirib.