Rusiya Dünya Çempionatı ilə bağlı daha bir yeniliyə imza atdı

Rusiya Dünya Çempionatı ilə bağlı daha bir yeniliyə imza atdı
12:23 22 Yanvar 2018
68 Dünya
Ölkə mətbuatı
A- A+

2018-ci il futbol üzrə Dünya Çempionatının ev sahibi olan Rusiya bu mundialın təşkilində daha bir ilkə imza atacaq.

Publika.az xəbər verir ki, yarışların keçiriləcəyi 11 şəhərdən biri olan Yekaterinburqda avtobus və tramvay kimi ictimai nəqliyyat sistemlərində bank kartı və mobil tətbiqlər vasitəsilə ödəniş etmək imkanı təmin ediləcək.

Şəhər rəhbərliyi xalq və DÇ üçün ölkəyə gələn turistlərə daha asan və təmassız şəkildə ödəniş etmə imkanlarını təqdim etmək niyyətilə bu addımı atıb.

Bu tətbiqin reallaşdırılmasını Rusiyanın “İnformasiya Şəbəkəsi” şirkəti öz üzərinə götürüb. Şirkətin prezidenti Pavel Vedernikov mediaya açıqlamasında elektronik ödəniş sistemi ilə bağlı məlumatlar verib:

“Hazırda metrolarda istifadə edilən “təmassız ödəmə” xüsusiyyəti olan “MasterCard (Pay Pass)”, “VISA (Pay Wave)” və MİR sisteminin kartları ictimai nəqliyyatların ödəniş sistemləri tərəfindən tanınacaq. İstifadəçilərin nəqliyyat ödənişini həyata keçirmək üçün kartlarını nəqliyyat vasitələrindəki ödəniş cihazlarına yaxınlaşdırması kifayət edəcək”.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/228545.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR