"Qarabağ" və "Qəbələ"nin mətbuat xidmətlərinin rəhbərləri Nurlan İbrahimov və Anar Hacıyev "Fənərbağça"nı ziyarət ediblər.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, klub rəsmilərini "sarı-lacivərtlilər"in İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Necati Mete və Rəqəmsal və Sosial Media şöbəsinin səlahiyyətli nümayəndəsi Çağatay Durqun müşaiyət edib.
"Fənərbağça"nın rəqəmsal və sosial media ilə əlaqələri barədə məlumat alan "Qarabağ" və "Qəbələ" rəsmiləri ardınca "Şükrü Saraçoğlu" stadionu və klubun bazasını gəziblər.
Arenada xatirə fotosu çəkdirən qonaqlar paltardəyişmə otaqlarına da baxıblar.
Azərbaycanlı klub rəsmiləri ziyarət çərçivəsində "Fənərbağça" televiziyası və jurnalının redaksiyası ilə də tanış olublar.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində