Azərbaycanda 10 km dərinlikdə neft yataqlarının axtarışı aparıla bilər

Azərbaycanda 10 km dərinlikdə neft yataqlarının axtarışı aparıla bilər
16:14 24 Yanvar 2018
38 Digər
Ölkə mətbuatı
A- A+

"Beş-on ilə dövlət alimlərin, xüsusən akademik alimlərin qarşısında 10-12 kilometr dərinlikdə neft yataqlarının aşkarlanması tələbini qoyacaq".
 
 
APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Akademiyanın Rəyasət Heyətinin bugünkü iclasında deyib.
 
 
"BP şirkəti Meksika körfəzində 10 kilometr dərinliyində neft yatağı aşkar edib. Bu onu göstərdi ki, 10-12 kilometr dərinlikdə neftin olmasını proqnozlaşdırmaq mümkündür. Bizim bu dərinlikdə neftin ola biləcəyi barədə proqnozlar verməyə əsasımız var", - deyə AMEA prezidenti qeyd edib.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/293093

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR