Polis və metropoliten əməkdaşlarının səylərinə baxmayaraq, bu gün metroda dilənçilik edən şəxslərə rast gəlmək mümkündür.
Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Metbuat.az-a açıqlamasında bildirib ki, metro ərazisində istər stansiya, istərsə də qatarlarda bu fəaliyyətlə məşğul olmaq qəti qadağandır:
“İstər bizim əməkdaşlar, istərsə də polis əməkdaşları həmin şəxsləri gördükləri təqdirdə dərhal ərazidən uzaqlaşdırılar. Həmin şəxslər metroya normal sərnişin kimi daxil olur. Yəni, o sərnişinin kim olduğunu bilmirik. Bu, eyni zamanda sərnişinləri narahat edən bir durumdur. Sərnişinlərdən xahiş edirik ki, belə hallarla qarşılaşan zaman metropoliten işçilərinə məlumat versinlər”.
Xəyalə Məmmədova / METBUAT.AZ
Bakıda TƏHLÜKƏLİ ərazilər - Sürüşmə hər an... – OXUMAQ ÜÇÜN TIKLAYIN!