Növbəti 4 ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) artımı orta hesabla 3,3 faiz təşkil edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Standard & Poor's" beynəlxalq reytinq agentliyinin hesabatında deyilir.

Agentlik Azərbaycanın xarici və yerli valyutada qısamüddətli və uzunmüddətli suveren kredit reytinqini "BB+/B" səviyyəsində təsdiq edib.

Reytinq üzrə proqnoz mənfidən stabilə dəyişib.

Milli.Az