Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Rusiya və Türkiyə xarici işlər nazirləri Soçidə keçiriləcək Suriya Milli Dialoq Konqresi ilə bağlı müzakirə aparıblar.

Suriya Milli Dialoq Konqresinin 29-30 yanvar tarixlərində Rusiyanln Soçi şəhərində Suriya hökuməti və müxalif qüvvələrin təmsilçiləri arasında keçirilməsi planlaşdırılır.

Milli.Az