"Evdəkilərə salam" verilişinin qonağı olan Sevda Sanəliyeva oriental rəqqasəlik etdiyi günlərindən bəhs edib.

Milli.Az xəbər verir ki, müğənni rəqqasəlik etdiyi vaxtlar oriental rəqs üçün ona müraciət edən xanımların sayının çox olmasına baxmayaraq, müəllimlik etmədiyini bildirib.

Sevda oriental rəqsi kiməsə öyrətməməsinin səbəbinin paxıllıq olmadığını aşağıdakı sözlərlə izah edib:

"O, bədəni korlayır" - Ərinə görə qalmaqala düşən Sevda - FOTO

"Birincisi düşünürlər ki, oriental rəqs arıqladır. O boş söhbətdir. Oriental rəqs ilə arıqlamaq olmur. Oriental rəqs edən qadın gərək mütəmadi idmanla məşğul olsun ki, bədəni möhkəm qalsın. Çünki o bədəni korlayır. Bunu hər adam bilmir. Ondan fərqli, ispan rəqsi bədəni düzəldir".

Qeyd edək ki, Sevda, son zamanlar, qayınanası ilə aralarında yaranan qalmaqalla gündəmi zəbt etmişdi.

Məhəmməd Vaqif
Milli.Az