11 apreldə yeni prezidentin hakimiyyət müddəti - 7 il olacaq

Ötən gün prezident İlham Əliyev ötən gün növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam verdi. Sərəncama görə, 2018-ci il aprelin 11-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Qeyd edək ki, daha əvvəl prezident seçkilərinin oktyabrda keçirilməsi nəzərdə tutulurdu. Dövlət başçısının növbədənkənar seçki ilə bağlı verdiyi qərar 2016-cı il 26 sentyabrda qəbul edilən referenduma tam uyğun gəlir.

Bu il keçirilən prezident seçkilərinin əhəmiyyəti həm də ondadır ki, seçilən prezidentin hakimiyyət müddəti 5 ildən 7 ilə qədər artırılacaq. 26 sentyabr referendumunda qəbul edilən qərarla Konstitusiyanın 101-ci maddəsinin I hissəsində “5” rəqəmi “7” rəqəmi ilə əvəz edilib və bu məzmunda ikinci cümlə əlavə edilib: “Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər”.

Referendumdan sonra çıxış edən dövlət başçısı deyib: “Referendum bir daha bizim siyasətimizə xalq tərəfindən böyük etimadın göstəricisidir. Bu gün Azərbaycanda gedən proseslər, ölkəmizin inkişafı və referendum bir daha xalqımızın iradəsini göstərdi. Bir daha göstərdi ki, Azərbaycan xalqı aparılan siyasətə öz dəstəyini verir. Bir daha onu göstərdi ki, Azərbaycan xalqı təhlükəsizliyi, sabitliyi, inkişafı, ləyaqəti və müstəqilliyi seçir. Referendum bir daha bizim siyasətimizə xalq tərəfindən böyük etimadın göstəricisidir. Bu etimad bizə güc verir. Bu etimad olmasaydı, ölkəmizin milli maraqlarını beynəlxalq müstəvidə müdafiə etmək çətin olardı. Bizim siyasətimiz milli maraqlar üzərində qurulub. Bizim siyasətimizin təməlində Azərbaycan xalqının maraqları, milli dəyərlər durur”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı