"Arsenal" rəhbərliyi Aaron Remsinin yeni müqaviləyə imza atmayacağından ehtiyatlanır. Oxşar vəziyyət Denni Uelbekə də aiddir.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, kluba bu məsələdə çətinlik törədən əsas səbəb Mesut Özillə yeni anlaşmanın imzalanmasıdır.
Uelbek və Remsinin "topçular"la müqaviləsi 2019-cu ilin yayında başa çatacaq. Remsinin hazırki məvacibi həftədə 110 min funtdur. Yeni müqavilə imzalamaq üçün məvacibi artırmaq lazımdır. "Arsenal"da Özil həftədə 350, Henrik Mxitaryan və Pyer-Emerik Obameyanq isə 200 min funt qazanır. Bu mövsüm 27 yaşlı yarımmüdafiəçi Premyer Liqada 18 oyuna çıxıb və 6 qol vurub.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində