Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İdarə heyətinin üzvü Zeynəb Alkışın avtomobili qəzaya uğrayıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Şanlıurfa vilayətində qeydə alınıb.
Yol-nəqliyyat hadisəsi nəticəsində Z.Alkış və ailə üzvləri xəsarət alıblar. Yaralılar xəstəxanaya çatdırılıb, vəziyyətləri orta qiymətləndirilir.
Təfərrüatlar barədə məlumat verilmir.
Milli.Az