Cənubi Koreyanın Prezidenti Mun Ce-in Şimali Koreyanın nümayəndə heyətini qəbul edib.
Publika.az xəbər verir ki, nümayəndə heyətinə Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın bacısı Kim Yo-conq da daxil olub. Bu, Koreya müharibəsindən sonra KXDR-in Cənubi Koreyaya ən yüksək səviyyəli nümayəndə heyətinin səfəridir. Eyni zamanda, bu, tarixdə ilk səfərdir ki, KXDR liderinin ailə üzvü də nümayəndə heyətində təmsil olunur.
Cənubi Koreyanın lideri nümayəndə heyəti ilə Prezident sarayında görüşüb. Görüşdən sonra tərəflər birgə nahar ediblər.