“Həmsədrlərin işğal olunmuş rayonlarda olması böyük faktdır, ermənilərin iç üzü daha da açılacaq” - Politoloq

Xəbər verdiyimiz kimi, ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentləri ilə görüşlərindən sonra bəyanatla çıxış ediblər.

Metbuat.az-ın məlumatlna görə, bəyanatda qeyd olunub ki, həmsədrlər - Rusiyadan İqor Popov, ABŞ-dan Endrü Şofer və Fransadan Stefan Viskonti, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə birgə fevralın 7-də Azərbaycan Prezidenti İlham Əliyevlə, fevralın 9-da isə Ermənistan prezidenti Serj Sarkisyanla görüş keçiriblər. Bildirilib ki, həmsədrlər Bakı və İrəvanda xarici işlər nazirləri ilə görüşlər keçirib, fevralın 9-11-də Dağlıq Qarabağa səfər edərək Zəngilan, Qubadlı, Ağdam, Laçın və Kəlbəcərdə müəyyən yerləri ziyarət ediblər. Həmsədrlər tərəfləri Cenevrədə razılaşdırıldığı kimi gərginliyin azaldılması üçün əlavə addımlar atmağa, atəşkəs rejiminə əməl etməyə, təhrikedici bəyanatlar və təxribat xarakterli hərəkətlər etməməyə çağırıb.

Bəyanatda 2017-ci ilin oktyabr ayında Cenevrə sammitində, Vyana və Sankt-Peterburqda baş tutan görüşlərdə qoyulmuş bütün öhdəliklərin yerinə yetirilməsinin vacibliyi vurğulanıb.

Məsələ ilə Metbuat.az-a açıqlama verən politoloq Mübariz Əhmədoğlu deyir ki, çox arzulayardım ki, Minsk qrupunun həmsədrləri Azərbaycanın işğal olunmuş ərazilərində erməni ordusunun verdiyi itkilərin mənşəyini araşdırsınlar: “Ötən il erməni ordusunun 60 hərbçisi işğal altındakı Azərbaycan ərazilərində öldürülüb, bir çoxu qeyri-döyüş itkiləridir, yəni hərbi hissələrdəki özbaşnalıq nəticəsində erməni ermənini öldürüb və ya xəsarət yetirib. Yəni Azərbaycanın işğal olunmuş ərazilərindəki erməni ordusunda nə desəz, baş verir.

Təəssüf ki, vasitəçilər bu dəfə də bəyənat yayanda Ermənistan tərəfinin ölümlərlə bağlı yaydığı rəsmi məlumatlara lazımi diqqət vermədilər. Amma mən bəyənatı balanslı bəyənat hesab edirəm. Düzdür, orada bizim də xeyrimizə olmayan yanaşma var, yəni qoşunların təmas xəttində baş verən insidenti bizim ayağımıza yazırlar.

Ümumilikdə bəyənatı ona görə balanslaşdırılmış hesab edirəm ki, həmsədrlər Azərbaycanın işğal olunmuş ərazilərində kifayət qədər araşdırma aparıblar. Yəni onlar Ağdam, Qubadlı, Zəngilan və digər rayonların ərazisində olublar. Bu o deməkdir ki, həmsədrlər regiona böyük bir monitorinq missiyası göndərmək istəyirlər. Səhv etmirəmsə, elə monitorinq sonuncu dəfə 2010-cu ildə aparılıb. Xarici işlər nazirlərinin Krakov görüşündən sonra həmsədrlərin yaydığı bəyənat da göstərir ki, çoxdandır işğal olunmuş ərazilərdə o cür monitorinq aparılmır. Həmsədrlərin işğal olunmuş rayonlarda olması özü-özlüyündə çox böyük faktdır. Çünki monitorinq aparılsa, ermənilərin iç üzü daha da açılacaq. Ona görə də düşünürəm ki, ümumilikdə götürəndə bunu müəyyən qədər ermənilərin ziddinə olan bəyənat kimi dəyərləndirmək olar”.

Günay Elşadqızı / METBUAT.AZ

“Bu, Ermənistan torpaqlarına iddia deyil, biz, öz tariximizin bilinməsində iddialıyıq” – Millət vəkillərindən açıqlama


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI