N.Əzməmmədov deyib ki, həmin vaqonların təkər cütləri Avropadan Azərbaycana gələrkən isə ölkə standartlarına keçəcək.
Bundan başqa, onun sözlərinə görə, Azərbaycanda relslərarası məsafə 1 520 mm, Avropada isə 1 435 mm, yəni daha kiçik olduğundan yük vaqonlarının isə təkər cütlərinin dəyişdirilməsi deyil, vaqonların dəyişdirilməsi həyata keçiriləcək.
"Dünya təcrübəsinə əsasən, yeni dəmir yolu xətti istifadəyə verilərkən ilk növbədə yük qatarları yola salınır. Bu, bir növ sığorta hesab edilir. Daha sonra isə sərnişin qatarlarının hərəkəti təşkil edilir. Proses bizdə də eyni cür reallaşdırılacaq. Yük qatarları tikilməkdə olan Axalkalakidəki (Gürcüstan) terminalda dəyişdiriləcək və Avropa standartlı vaqonlar quraşdırılacaq", - deyə N.Əzməmmədov bildirib.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün İsveçrənin "Stadler Rail Group" şirkətindən 30 ədəd sərnişin vaqonlarının alınması nəzərdə tutulub.