"Azneftkimyamaş"ın binası yandı

"Azneftkimyamaş"ın binası yandı
21:57 10 Yanvar 2015
147 Digər
Ölkə mətbuatı
A- A+

Azneftkimyamaşa məxsus inzibati binada yanğın olub.
 
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Suraxanı rayonunda Azneftkimyamaş ASC-yə məxsus Suraxanı Maşınqayırma zavodunun ikimərtəbəli inzibati binasının 1-ci mərtəbəsində olan mühafizə otağının yanar konstruksiyaları və içərisində olan əşyalar 8 kv.m sahədə yanmışdır.
İnzibati binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur.
 
Yanğın saat 16:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/52268.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR