Azərbaycan vətəndaşı Gürcüstanda qətlə yetirildi

Azərbaycan vətəndaşı Gürcüstanda qətlə yetirildi
02:04 18 Fevral 2018
145 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Gürcüstanın Qurcaani bələdiyyəsinin Cimiti kəndində yerləşən ferma ərazisində Azərbaycan vətəndaşı ov tüfəngi ilə qətlə yetirilib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, silahlı insidentə mübahisə səbəb olub. Qarın nahiyəsindən yaralanan Azərbaycan vətəndaşı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Qətli törətmiş şəxsin Azərbaycan vətəndaşının qohumu olduğu bildirilir. O, hadisə yerindən qaçsa da, bir neçə saatdan sonra saxlanılıb. Onu 7 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/294891

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR