Britaniyada son 10 ilin ən güclü zəlzələsi oldu

Britaniyada son 10 ilin ən güclü zəlzələsi oldu
05:19 18 Fevral 2018
146 Digər
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyada 4,4 bal gücündə zəlzələ olub. APA-nın “Sky News”a istinadən verdiyi xəbərə görə, ölkə tarixində son on ilin ən güclü yeraltı təkanları Cənubi Uelsdə qeydə alınıb. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.

 

Zəlzələ Liverpul, Birmingem və Kornuoll kimi şəhərlərdə hiss olunub. Dağıntılar və tələfat barədə məlumat verilmir.

 

Böyük Britaniyada analoji seysmoloji hadisə (5,2 bal ) sonuncu dəfə 2008 ildə qeydə alınıb.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/294893

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR