​Kərim canlı efirdə Rəhimi sərt tənqid elədi:

Müğənni Kərim Abbasov küsülü olduğu Rəhim Rəhimli ilə aralarında olan qalmaqlın səbəbini açıqlayıb. Metbuat.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan ifaçı həmkarını parodiya etdikdən sonra aralarında inciklik yarandığını söyləyib:
“Hərdən elə bir insanlardan elə şeylər görürəm ki, doğrudan şoka düşürəm. Biri var ki, mənim bir insanla münasibətim yoxdur, o da çıxıb mənim ünvanıma söz atır. Bunu hardasa normal qəbul edə bilərdim. Amma biz həmişə bir-birimizə yaxın olmuşuq. Arazımda da çox söz olub. Amma çıxıb maqazin proqramlarının birində deyir ki, Kərim 10 nəfərin içində elə söz deyə bilər ki... Yəni ağzının danışığını bilmir. Mən də onun sözlərinə şok oldum. Camaat mənim etik normalarımdan, danışıq mədəniyyətimdən danışır. Mənim barəmdə SSR-nin xalq artisti Zeynəb Xanlarova o boyda məqalə çıxardıb. İlhamə Quliyeva, Flora Kərimova, Nisə Qasımova hamısı mənim danışığımdan, mədəniyyətimdən, etik normalarımdan, ifa tərzimdən danışır. O mənim haqqımda söz dedi, mən də cavab verdim. Sonra çıxıb deyir ki, hansısa söhbətləri çıxıb danışmaq tərbiyəsizlikdir. İlk növbədə sən çıxıb efirə tərbiyəsizcəsinə söz atırsan, düşünmürsən ki, mənim də sənə cavabım olacaq. Onun 41 yaşı var, dediyi sözü dərk etməli, mənə zəng eləməli idi. Amma gördüm ki, zəng eləmədi. Bəlkə də bu söz-söhbətlər onun özünə lazım idi. Mənim haqqımda İlqar Muradov, Nisə Qasımova, Elnarə Abdullayeva danışsaydı, susardım. Çünki bilirəm ki, onların özləri, sənətləri, əxlaqları böyükdür. Rəhim, mənim haqqımda fikir bildirmək sənin üçün tezdir. Rəhim Rəhimli müğənni deyil. Özü də bunu etiraf edib. Müğənni deyilsənsə, müğənni haqqında danışma. Mənim musiqidə bildiyimi sənin başın bilmir. Müğənni sözünü ağzına alıb danışma. Bu elə bilir ki, böyük sənətkardı, bizə tərbiyə verir. Onun özünə tərbiyə verən lazımdır”.

Pərvin Abıyevanın bu geyimi birmənalı qarşılanmadı - Qara sinə dekoltesi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR