Metbuat.az 1 yaşını qeyd edir

Metbuat.az 1 yaşını qeyd edir.

Bu gün Metbuat.az xəbər portalının peşakar fəalliyətə başlamasından bir il ötür.

2012-ci ildə yaradılan sayt 2017-ci il 21 fevral tarixindən etibarən peşəkar kollektivlə özəl xəbər istehsalına başlayıb.

Fəaliyyətə başladığı ilk gündən on minlərlə oxucunun diqqətini cəlb edən Metbuat.az qısa müddət ərzində Azərbaycanın ən çox oxunan 10 xəbər saytı sırasına daxil olub.

Hazırda Metbuat.az “Liveinternet.ru” reytinqölçən saytında informasiya portalları arasında ilk beşlikdədir. Saytın günlük izləyicilərinin sayı 100 min civarındadır.

Sevindirici haldır ki, bu gün Metbuat.az xəbər portalı həm də Azərbaycanda nüfuzlu kütləvi informasiya vasitələrindən birinə çevirilə bilib.

Metbuat.az kollektivi olaraq, bu sayta önəm verən, dəstək olan və ən çox da oxuculara təşəkkürümüzü bildiririk.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR