ABŞ: Afrin hadisələri İŞİD-lə mübarizədən yayındırır

ABŞ: Afrin hadisələri İŞİD-lə mübarizədən yayındırır
04:04 23 Fevral 2018
113 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət Departamenti: Afrindəki hadisələr diqqəti İŞİD-lə mübarizədən yayındırır

 

Suriyanın Afrin bölgəsində baş verənlər diqqəti İŞİD terror qruplaşması ilə mübarizədən yayındırır.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentin rəsmi nümayəndəsi Xezer Nauert bildirib.

 

“Biz orada əməliyyat aparmırıq və orada baş verənlərdən ətraflı məlumat verə bilmərik... Lakin bu ABŞ-ı əsas məqsəddən – İŞİD-i məğlub etməkdən yayındırır. Buna baxmayaraq, ABŞ-ın Türkiyə hökuməti ilə səmərəli diskussiyası davam etməkdədir”, - deyə Nauert bildirib.

 

“Dövlət katibi türkiyəli həmkarı və Türkiyə prezidenti ilə görüşüb.  Biz qərara gəldik ki, səylərimizi İŞİD-lə mübarizəyə yönəldək”, - deyə Nauert bildirib.  

 

Qeyd edək ki, Türkiyə Baş Qərargahı yanvarın 20-də Suriyanın Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatın məqsədinin bölgənin PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bir gün sonra isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/295297

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR