2010-cu ildə dağıdıcı zəlzələyə məruz qalmış Haitidə hələ də ölkə paytaxtı Port-o-Prenslə yanaşı, istisnasız olaraq bütün şəhərlər viranə vəziyyətdədir. Yüz minlərlə insan evsizdir.

Halbuki son 8 ildə müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların Haitiyə ayırdıqları təmənnasız maliyyə yardımlarının həcmi artıq 9 milyard dollara çatır.

Milli.Az CBS-ə istinadən bildirir ki, o pullar faktiki olaraq yoxa çıxıb. 9 milyard dolların taleyi bilinmir.

Xatırladaq ki, 2010-cu ilin yanvarın 12-də yerli vaxtla saat 16.53-də Haitidə 7 bal gücündə zəlzələ olmuşdu. Daha sonra hər biri 5 bal gücündə 28 zəlzələ yaşanmışdı.

Zəlzələdə 222570 nəfər həlak olmuş, 311 min nəfər yaralanmışdı. Haitiyə dəyən ziyan 7 milyard dollar məbləğində dəyərləndirilmişdi.

Milli.Az