Azərbaycan və Ermənistan xarici işlər nazirləri prinsipcə ATƏT-in şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsinə dair həmsədrlərin tamamlanmış konseptual sənədləri ilə razıdırlar. Həftə ərzində dünyanın ən çox diqqətində olan hadisələrdən biri Suriyanın Afrin bölgəsində aparılan "Zeytun budağı" əməliyyatı oldu. Suriya hökumətinə bağlı qüvvələr Afrinə girməyə çalışsa da, Türkiyə bu cəhdin qarşısını alıb. Türkiyə prezidenti qarşıdakı günlərdə Afrin şəhəri mühasirəyə alınacağını bildirib. Türkiyə ilə Cənubi Kipr və Yunanıstan arasında Şərqi Aralıq dənizində uzun müddətdir yaşanan gərginlik yeni bir mərhələyə keçib. Avropa İtttifaqı Rusiya və Ukrayna vətəndaşları barəsində sanksiyaların müddətini uzadacaq. Moskva Qərbin Suriyada “B planı” həyata keçirmək cəhdində ittiham edib. KXDR-ə qarşı yeni genişmiqyaslı sanksiyalar tətbiq edilib.

Azərbaycan, Dağlıq Qarabağ

XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan prezidentinin Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimə ünvanladığı təbriki şərh edib.

​​​​​​​Rusiyanın məhvi PLANI, Azərbaycan sərhədlərində MÜHARİBƏ… - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

XİN Sarkisyanın təbrikini şərh edib: "Melkonyandan..."