"Report" Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, bu ilin yanvar ayında bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş vəsaitin 6,7%-ni və yaxud 63,9 mln. manatını bank kreditləri təşkil edib. İnvestisiyaya yönəldilmiş bank kreditlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 23,7% azalıb.
Qeyd edək ki, 2018-ci ilin yanvarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 960,3 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,5% az vəsait yönəldilib.