Bankda əmanəti olan şəxslər OXUSUN

Banklar sığortalanmayan əmanətlərin qaytarılmasına zəmanət vermir.

Bu səbəblə, banka əmanət yerləşdirmək istəyən şəxslər pullarını riskə atmamaq üçün sığortalayırlar. Bank bağlandığı təqdirdə, Əmanətlərin Sığortalanması Fonduna sığortalanmış əmanət sahiblərinə pullarını geri qaytarır.

Əmanətləri sığortalanmayan şəxslər yarana biləcək hansısa təhlükəyə qarşı pullarını öncədən necə qoruya bilərlər?

Bununla bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Rəşad Həsənov bildirib ki, belə halda şəxslər əmənətlərini geri götürüb, yeni sığortalama şərtləri daxilində yerləşdirə bilərlər:

“Bu zaman müəyyən itkilərlə üzləşə bilərlər. Bu itkilər ondan ibarət olacaq ki, vaxtından əvvəl əmanət götürüldüyü üçün vaxtında verilməsi nəzərdə tutulan faizlər verilməyəcək. Amma riski qabaqlamış olacaqlar. İstəsələr, əmanətləri sığortalanan şəxslər daxilində manatla ifadədə 15%-dən çox, 3%-dən az olmamaq şərtilə, banklarda yerləşdirə bilərlər. 4, 5, 6 faiz yerləşdirilərsə, sığortalanmır. 2019-cu ilin martın 2-sinə qədər də həcm limitindən asılı olmayaraq, bu şərtlər daxilində bütün əmanətlər sığortalanır. Yəni, həcmindən asılı olmayaraq, dediyimiz fazilər şəklində yerləşdirilmiş depozitlərin hamısı sığortalanır”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Bugünkü valyuta hərracının nəticəsi açıqlanıb – RƏSMİ – TIKLAYIN!



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR