"İnstagram"da belə foto paylaşanlara

Sosial mediada izləyicilərinizi bezdirməmək üçün bu xəbəri oxumalısınız. İngiltərədə bir turizm şirkəti insanları ən çox narahat edən istirahət fotolarını müəyyən edib.

Metbuat.az-ın məlumat verir ki, "The Sun" qəzetinin araşdırmasına görə, istirahət zonalarında çəkilən "selfie"lər insanları ən çox narahat edən fotolar arasında 1-ci yerdədir.

İkinci sırada isə qadınların çox sevdiyi pozalardan biri var. Ayaqların sosis kimi göründüyü klassik fotoşəkil araşdırmaya qatılanların yüzdə 22-də qəzəb yaradıb.

Sevdiklərinizin nifrətinə hədəf olmaq istəmirsinizsə, havada donmuş fotonuzu və quma yazdığınız mesajları paylaşmayın.

Araşdırmada insanları ən çox qəzəbləndirən şəkillərin isə ölkələrin simvolu halına gələn abidə, tarixi əsər və s. olduğu açıqlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR