Girov dəhşəti Texasda

Girov dəhşəti Texasda
10:52 11 Yanvar 2015
160 Dünya
Ölkə mətbuatı
A- A+

Hyustondan bir qədər aralıdakı Tombol şəhərində (Texas), regional tibb mərkəzində naməlum bir kişi ən az iki nəfəri girov götürüb.

Milli.Az İnterfax-a istinadən bildirir ki, bu barədə AP məlumat yayıb. 

Dairənin şerifi bildirib ki, kişi xəstəxanadakı xəstələrdən birinin atasıdır. Bildirilir ki, o, oğlunun vəziyyətinə görə narahatdır. Kişinin bu hərəkətini də polis elə oğlunun səhhəti ilə bağlayır.

Hadisə intensiv terapiya şöbəsində baş verib. Şahidlərə istinad edən ABC bildirir ki, kişi silahlıdır, lakin şerifin ofisindən bu məlumat təsdiqlənməyib.

Bir müddət sonra isə şerifin ofisindən bildirilib ki, hadisə daha girov götürülməsi kimi qiymətləndirilmir. Kişi oğlunun yerləşdiyi palataya sığınıb.

Sonda isə onun polisə təslim olduğu, kimsənin xəsarət almadığı xəbəri yayılıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR