Uşağın ağ ciyərindən çıxanlar ŞOKA saldı

Türkiyədə yaşayan uşağın ağ ciyərindən qalqabaq tumları çıxarılıb.

Metbuat.az xəbər verir ki, Diyarbəkirdə 2 yaşlı Məhəmməd Hüseyn Çiftçnini ağ ciyərində aşkar edilən balqabaq tumu müdaxiləylə çıxarılıb.

Çiftçi ailəsi 2 ay ərzində oğulları Məhəmməd Hüseynin keçməyən öskürək, xırıltılı tənəffüs və nəfəs darlığı şikayətləri səbəbilə apardığı müxtəlif xəstəxanalarda nəticə vermədiyindən Dəclə Universiteti Tibb Fakültəsi Uşaq Döş Xəstəlikləri poliklinikasına müraciət edib. Edilən müdaxilə nəticəsində uşağın ağ ciyərində aşkar edilən balqabaq tumu müdaxiləylə çıxarılıb.

Ata Ebedin Çiftçi oğlunun nəfəs almaqda çətinlik çəkdiyini bildirərək, "öskürək siropları, antibiotik və nəfəs açan buxarlar verilib, amma oğlum yaxşılaşmadı. Hətta uşağımı xəstəxanaya yatırdılar. Bronxit və sətəlcəm müalicəsi gördü, lakin öskürək daim artıb, artıq nəfəs almaqda çətinlik çəkirdi. Tibb Fakültəsinə müraciət etdim. Uşağın ağciyərlərinə bir kamera vasitəsi ilə baxılması lazım olduğu deyildi. Aparılan araşdırmada uşağımın ağciyərində balqabaq çəyirdəyi aşkar edilib. döş cərrahiyyəsi qrupu ilə uğurlu bir əməliyyatla tum çıxarıldı" deyib.

http://matbuat.az/news/914984/tibb-bacisinin-fotolari-basina-is-acdi.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR