Tehranda Azərbaycan-İran Hökumətlərarası Komissiyasının iclası keçirilib

Tehranda Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci iclası keçirilib.

İqtisadiyyat Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, iclasda çıxış edən iqtisadiyyat naziri, Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev qeyd edib ki, Azərbaycan-İran əlaqələri ortaq dinə, tarixə və adət-ənənələrə əsaslanır və xalqlarımızı sıx əlaqələr birləşdirir. Dövlət başçılarının siyasi iradəsi nəticəsində son 4 ildə Azərbaycan-İran əlaqələri xüsusilə inkişaf edib və yeni mərhələyə qədəm qoyub. Bu müddətdə 10 yüksək səviyyəli görüş,100-dən çox qarşılıqlı səfər həyata keçirilib. İndiyədək 150-yə yaxın sənəd imzalanıb.

Ş.Mustafayev komissiyanın ötən iclasından keçən dövrdə görülmüş işlər barədə məlumat verib. Qeyd olunub ki, 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 16% artıb, Azərbaycanda qeydiyyatdan keçmiş İran şirkətlərinin sayı 700-ü ötüb, İranın Azərbaycana yatırdığı investisiyaların həcmi 3,1 mlrd. ABŞ dollarına çatıb. 2016-cı ildə Neftçala Sənaye Zonasında təməli qoyulmuş birgə avtomobil istehsalı zavodunda işlər tamamlanmaq üzrədir. İran Prezidenti Həsən Ruhaninin martın sonunda Azərbaycana gözlənilən səfəri çərçivəsində avtomobil istehsalı zavodunun açılışı olacaq. Pirallahı Sənaye Parkında İranla birgə reallaşdırılan əczaçılıq zavodunun yaradılması istiqamətində isə işlər davam edir.

Energetika sahəsində “Xudafərin/Qız Qalası” və “Ordubad/Marazad" hidroqovşaqları, 330 kv-luq Muğan (İmişli-Parsabad) elektrik xətti kimi layihələr həyata keçirilib, İrana elektrik satışına dair Çərçivə Sazişi imzalanıb. Neft-qaz sahəsində də uğurla əməkdaşlıq edirik.

Azərbaycan-İran əməkdaşlığının mühüm istiqamətlərindən olan Şimal-Cənub nəqliyyat dəhlizi üzrə işlər intensiv şəkildə aparılır. Azərbaycanda 8,3 km, İranda 1,4 km dəmir yolu, Astara çayı üzərində dəmir yolu körpüsü istismara hazırdır və artıq sınaq qatarlarının hərəkəti həyata keçirilib. Astarada (İran) terminalın təməlinin qoyulması və məhsul anbarlarının tikintisi nəzərdə tutulur. Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsinə dair müzakirələr davam edir. 2017-ci ildə Rusiyadan İrana və əks istiqamətdə Azərbaycandan19 mindən çox TIR keçib, İranda milli daşıyıcılarımızın çəkisi isə 23,2% artıb.

Nazir Şahin Mustafayev qeyd edib ki, ötən müddət ərzində İrandan Azərbaycana gələn turistlərin sayı xeyli artıb. 2016-cı ildə bu göstərici 247 min olduğu halda, ötən il 363 min olub. Azərbaycana gələn turistlərin sayına görə iranlılar 3-cü, “ASAN viza” vasitəsilə viza alan əcnəbilər arasında isə İran vətəndaşları 1-ci yerdədir.

Əməkdaşlığın genişləndirilməsi perspektivlərinə gəlincə, nazir Ş.Mustafayev diqqətə çatdırıb ki, kənd təsərrüfatı, sənaye, ticarət, nəqliyyat, turizm, səhiyyə, bankçılıq və s. sahələrdə əməkdaşlıq üçün böyük imkanlar var. Azərbaycanda İranla birgə avtobuslar, kənd təsərrüfatı texnikası istehsal edilə bilər.

İran İslam Respublikasının İqtisadi işlər və maliyyə naziri, Dövlət Komissiyasının həmsədri Məsud Kərbasian ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsinə xüsusi önəm verdiyini, son illərdə Azərbaycan-İran əlaqələrinin yüksək səviyyəyə çatdığını qeyd edib. Məsud Kərbasian hər iki ölkənin dövlət başçısının İran-Azərbaycan əlaqələrinin inkişafına və Dövlət Komissiyasının işinə dəstək göstərdiyini vurğulayıb. Bildirilib ki, Azərbaycan-İran Dövlət Komissiyasının fəaliyyəti digər ölkələrlə olan komissiyalarla müqayisədə bütün sahələri əhatə edir. İranlı nazir qeyd edib ki, ölkələrimiz arasında ticarət dövriyyəsinin artması müsbət haldır. Bundan başqa, kənd təsərrüfatı, turizm, tranzit və yükdaşımlar sahələrində də əlaqələrin inkişafı üçün potensial böyükdür.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci iclası çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan-İran iqtisadi əməkdaşlığına, ölkələrimiz arasında birgə həyata keçirilən layihələrə, ticarət əlaqələrinin genişləndirilməsinə dair müzakirələr aparılıb.

Qeyd edək ki, nın iclası martın 14-də də davam edəcək və komissiyanın 12-ci iclasının yekunlarına dair Protokol imzalanacaq.

Azərbaycan nümayəndə heyəti İranın neft naziri ilə görüşüb – OXUMAQ ÜÇÜN TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR