Perunun prezidenti Pedro Pablo Kuçinski istefa ərizəsini ölkə parlamentinə təqdim edib.

Publika.az xəbər verir ki, dövlət başçısı istefası ilə əlaqədar xalqa müraciət edəcək.

Martın 15-də Peru parlamenti prezident Kuçinskinin impiçmenti prosesinin başlanmasının lehinə səs verib.

77 yaşlı Pedro Pablo Kuçinski 2016-cı ildə Peruda keçirilən prezident seçkilərinin 2-ci turunda qalib gəlib.