2016-cı ildə milli karyerasını başa vurduqdan sonra ötən dekabrda fikrini dəyişən Yaya Ture Kot-d`İvuar yığmasına dəvət almışdı.

Təcrübəli yarımmüdafiəçi Toqo (24 mart) və Moldova (27 mart) ilə yoldaşlıq görüşlərində meydana çıxa bilərdi.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, buna baxmayaraq, "Mançester Siti"nin futbolçusu millinin düşərgəsinə gəlməyib. Turenin yubanmasının səbəbi ailə problemləri göstərilir. Futbolçunun özü bu barədə məşqçilər korpusuna məlumat verməyib.

Milli.Az