Perunun yeni prezidenti vəzifəsinin icrasına başlayıb.

Milli.Az apa-ya istinadən xəbər verir ki, bu barədə hökumətin rəsmi "Twitter" səhifəsində məlumat yayılıb.

Keçmiş vitse-prezident Martin Viskarra inauqurasiya mərasimində xalqı ölkədə korrupsiyaya qarşı istənilən yolla mübarizə aparmağa çağırıb. O hökuməti yenidən yaratmağa və ölkənin iqtisadiyyatını dünya bazarında rəqabətə daha çox cəlb etməyə söz verib.

Xatırladaq ki, Perunun keçmiş prezidenti Pedro Pablo Kuçinski martın 21-də istefa ərizəsini parlamentə təqdim edib.

Milli.Az