Yeni sabitlik intizarı ilə

Yeni sabitlik intizarı ilə
14:33 11 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Baş redaktorun iqtisadiyyat üzrə müavini
İlahə Məmmədli - Trend:


Bu il dünya iqtisadiyyatı üçün neftin qiymətinin düşməsi ilə əlaqədar çox ağır olacaq. Azərbaycan Prezidenti İlham Əliyev 2014-cü ildə müşahidə olunan prosesləri belə xarakterizə edərək, təbii sərvətlərlə zəngin olan ölkələr üçün 2015-ci ili sınaq dövrü kimi adlandırıb.

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Bu müşavirədə Prezident İlham Əliyev qeyd edib ki, ölkə üçün ağır vaxtlar olmayacaq.

Prezident İlham Əliyev 2015-ci ildə qeyri-neft sektorunun inkişafı diqqət mərkəzində saxlanılmasının vacibliyinə toxunaraq deyib ki, düşünülümüş iqtisadi siyasət, şaxələndirilmə prosesi, xalqla iqtidar arasında olan birlik bu ilin də xalqımız üçün uğurlu olacağına təminat verir.

Beləliklə, hökumət üçün vəzifələr müəyyən olunub. Onlar da sahibkarları güzəştli kreditlərdən məhrum etmək və ya iqtisadi və sosial sahədə layihələrin reallaşdırılmasını dayandırmaqdan ibarət deyil. Bütün bu proqramlar davam etdiriləcək, yalnız dövlət vəsaitinin xərclənməsinə nəzarət daha da gücləndiriləcək.

Azərbaycan ölkə iqtisadiyyatına xarici amillərin təsirini azaltmağa hansı yolla hazırlaşır?

Birincisi, dövlət büdcəsinə vergi dərəcələrinin artırılması ilə əlaqədar əlavə daxilolmalar gözlənilir. Vergi yığımlarının artması 2014-cü ildə sayı 230-u keçən yeni sənaye müəssisələrinin istifadəyə verilməsi ilə bağlı da gözlənilir. Əmanətlər üzrə gəlirlər də qismən vergiyə cəlb olunublar, məcburi dövlət sosial sığorta ödəyicilərinin siyahısı da genişləndirilib.

İkincisi, Azərbaycanın artıq neftlə yanaşı, yeni gəlir mənbələri də mövcuddur - peyklərin istismarından, həmçinin yeni marşrut üzrə Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklərin nəqlindən dövlət büdcəsinə daxilolmaları gözləmək olar.

Üçüncüsü, Azərbaycan beynəlxalq ticarətə fəal cəlb olunur, həm ölkə qeyri-neft məhsullarının ixracının artırılması hesabına, həm də idxal məhsullarının tranziti kimi, məsələn, gələcək körpü olaraq bizim ölkədə emal oluna bilən və artıq Azərbaycan mənşəli hazır məhsul kimi İran kənd təsərrüfatı məhsullarının Rusiyaya tədarükü ola bilər. Azərbaycana etimad, həmçinin xarici investisiyaların artması ilə də təsdiqlənir. Ötən ildə qlobal qeyri-sabitlik şəraitində xarici sərmayədarlar tərəfindən ölkə iqtisadiyyatına 11 milyard dollar yatırılıb, bu isə investisiya qoyuluşlarının ümumi həcminin təxminən 41 faizi təşkil edir. Keçən il 1,4 faiz səviyyəsində olan aşağı inflyasiya, gələcəkdə də investisiya prosesinin canlandırılması üçün təminatdır.

Neftin qiymətinin artması perspektivlərinə gəlincə, Azərbaycan büdcəsi üçün və ümumilikdə ölkə iqtisadiyyatına bu daxilolmaların hələ ki böyük əhəmiyyəti var, onda enerji resursları ixrac edən ölkələr üçün bu məqamın yaxınlaşdığını görmək olar. Neft qiymətlərinin uzunmüddətli düşməsi [2014-cü ilin iyunundan qiymətin 55 faiz itirilməsinə səbəb olub] ABŞ-da şist neftin perspektivlərini azaldır, 2010-cu ildən borcla işləyən və indi də şist neft hasilatını bu mərhələdə tam dayandırmaq üçün kreditorların həllini gözləyən Amerikanın neft və qaz şirkətlərinin müflisləşməsi təsdiqlənir.

Beləliklə, sosial partlayışı gözləmək lazım deyil. Azərbaycan manatın ucuzlaşmasından imtina edərək, qiymət artımından və digər mənfi amillərdən artıq özünü qoruyub. Artıq mal və xidmətlərin üç illik idxalının ödənilməsi üçün kifayət olan 50 milyard dollar strateji valyuta ehtiyatlarından ibarət tədiyyə balansının böyük profisiti və təhlükəsizlik yastığı sayəsində ölkəmiz sabitlik və iqtisadiyyatın davamlılığını saxlamaq və bu il nəinki ilk Avropa Oyunlarını, həmçinin beynəlxalq əhəmiyyətli digər tədbirləri, o cümlədən Asiya İnkişaf Bankının Direktorlar Şurasının illik iclasını yüksək səviyyədə keçirmək niyyətindədir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2351902.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR