Peru polisi xüsusi əməliyyat nəticəsində yarım ton kokaini dövriyyədən çıxarıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, əməliyyat nəticəsində 5 nəfər saxlanılıb.

Kokain paytaxt Limanın cənubunda yerləşən anbarlardan birində sisternin içərisində aşkar olunub.

Narkotik vasitənin ABŞ-a göndəriləcəyi planlaşdırılırmış.

Qeyd edək ki, bu ilin əvvəlindən Peruda 8,6 ton narkotik vasitə dövriyyədən çıxarılıb.

Milli.Az