Rusiyanın Kemerovo şəhərindəki “Qış albalısı” ticarət mərkəzindəki yanğınla əlaqədar mərkəzin rəhbəri Nadejda Suddenok həbs edilib.
Metbuat.az-ın məlumatına görə, AzVision.az “Ria Novosti”-yə istinadən xəbər verir ki, bu barədə Kemerovo vilayət məhkəməsi qərar çıxarıb.
N.Suddenok məhkəmə zalında həbs edilib. Məhkəmənin qərarına əsasən, o, mayın 25-ə qədər həbsdə olacaq.
Təqsirləndirilən şəxsin vəkili qərardan şikayət etmək niyyətindədir. Vəkil müdafiə etdiyi şəxsin ev dustaqılığına buraxılmasını istəyir. Lakin hakim vəkilin vəsadətini təmin etməyib.
Qeyd edək ki, martın 25-da Kemerovo şəhərindəki "Qış albalısı" ticarət mərkəzində yanğın baş verib. Yanğın nəticəsində 41-i uşaq olmaqla 64 nəfər həlak olub.
Xərçəngin dərmanı ola biləcək bitki GƏDƏBƏYDƏDİR - Cəmi iki günə.../ VİDEO – TIKLAYIN!