Birlikdə araq içdikdən sonra tanışını öldürməkdə təqsirləndirilən 1964-cu il təvəllüdlü Çobanov Bəxtiyar Şahlar oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən, Bəxtiyar Çobanov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə Xudat şəhərində baş verib. Bəxtiyar Çobanov 1968-ci il təvəllüdlü Babayev Hikmət Zahuddin oğlunu qətlə yetirib. Onlar Bəxtiyar Çobanovun evində yeyib-içdikdən sonra mübahisə ediblər. Bu zaman Bəxtiyar Hikmət Babayevə bıçaqla zərbə endirib.
B.Çobanov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.