Xalça mağazasının endirim kampaniyası izdihama səbəb olub.
Metbuat.az bildirir ki, hadisə Türkiyənin Şanlıurfa şəhərində baş verib. Xalçalara endirim olacağını eşidən qadınlar səhər saatlarından mağazanın qarşısına yığışıb. Qapıların açılmasıyla bərabər yüzlərlə qadının mağazaya daxil olmaq istəyi izdihama səbəb olub. Əzilmə təhlükəsi ilə üz-üzə qalan uşaqlar isə qorxudan qışqırmağa başlayıb. Valideynlər uşaqlarını izdihamdan güclə xilas edə biliblər. Hadisə ətrafdakı şəxslər tərəfindən anbaan lentə alınıb.
Sözügedən görüntüləri təqdim edirik: