Meksikada Mərkəzi Amerika ölkələrindən olan 136 qanunsuz miqrant saxlanılıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, onlar yük maşınında ABŞ sərhəddinə yollanırmış.
İçərisində Qvatemala, Salvador, Honduras və Nikaraqua vətəndaşları olduğu avtomobilin Verakrus şəhərində saxlanıldığı bildirilir.
Yük maşının içərisində hərarətin 40 dərəcəyə çatdığı qeyd edilir.
Milli.Az