Qvatemalanın keçmiş diktatoru Efrain Rios Mont 91 yaşında ölüb.

Milli.Az axar.az-a istinadən bildirir ki,bu barədə RİA məlumat yayıb.

E.R.Montun adı Qvatemalada 36 ildən (1960-1996) çox davam edən vətəndaş müharibəsində hallanırdı.

O, ötən əsrin 80-ci illərində vətəndaşların günahsız yerə öldürülmələri ilə bağlı müxtəlif məhkəmə proseslərinə cəlb edilmişdi.

2013-cü ildə diktator 80 illik həbs cəzasına məhkum edilsə də, Konstitusiya məhkəməsi bu qərarı qanunsuz saymışdı.

Sonrada müxtəlif məhkəmə prosesləri davam etdirilsə də, onun ölümü ilə bu işlər yarımçıq qaldı.

Milli.Az