Evlilik təklifi zamanı

ABŞ-ın Nevada ştatında yaşayan Levi Bliss və Allison Barron adlı cütlük iki ildir birlikdə idi. Bu münasibət bir evlilik təklifi ilə nəticələnib.

Ancaq gənc qızın atası da bu sürpriz evlilik təklifinin içinə daxil olmağı planlaşdırmışdı. Levi səhranın ortasında sevgilisinə evlənmək təklifi etmək üçün diz üstə çöküb. Həmin anda gənc cütlüyün romantik dəqiqələrini pozmağa çalışan biri görünüb. O adam da Allisonun atası Jake idi. Qarşıdakı təpənin üzərində qızı və kürəkənini gözləyən adam əlində ("Say no") "yox de" yazılmış bir plakat tutmuşdu.

Allison da məsələ ilə bağlı bunları deyib "Atamın xarakteri belədir. Ailələrimiz çox yaxındırlar və bir-birlərini çox sevirlər. Buna görə Levinin inciməcəyini düşünərək belə kiçik bir zarafat etmək istəyib. Bu günə qədərki ən gözəl günlərimdən biri idi."

Günay Sadıxova/Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR