Play Store

3 ölkənin təmsilçisi BMT-nin konfransını tərk etdi - Suriya toplantısında GƏRGİNLİK

3 ölkənin təmsilçisi BMT-nin konfransını tərk etdi - Suriya toplantısında GƏRGİNLİK
09:53 10 Aprel 2018
59 Digər
Ölkə mətbuatı
A- A+

Birləşmiş Millətlər Təşkialtının Təhlükəsizlik Şurası Suriyanın Duma şəhərində yaşanan kimyəvi hücumu müzakirə etmək üçün Nyu-Yorkda iclas keçirib.

Publika.az xəbər verir ki, toplantıda ABŞ və Rusiya təmsilçiləri arasında sərt mübahisələr yaşanıb.

ABŞ-ın daimi təmsilçisi Nikki Hali qərarın nə olursa-olsun, hücuma qarşılıq verəcəklərini bildirib. Rusiya təmsilçisi isə hərbi müdaxilənin ciddi nəticələr doğura biləcəyini vurğulayıb. Suriya təmsilçisi isə sərt bir xəbərdarlıq edərək “ilk dəfə sadəcə regional, milli, ya da Suriyanın təhlükəsizliyi ilə bağlı deyil, beynəlxalq təhlükəsizlikdən narahat olduğum bir nöqtəyə gəldik” sözlərini deyib. Kürsüyə Suriya təmsilçisinin çıxdığı sırada ABŞ, İngiltərə və Fransa təmsilçiləri toplantı salonunu tərk edib.

BMT-nin Suriya üzrə özəl təmsilçisi Staffan de Mistura Cenevrədən video konfrans vasitəsilə toplantıya qatılıb. O, Duma şəhərindəki kimyəvi silah hücumunda ən az 49 nəfərin həlak olduğunu və yüzlərlə insanın xəsarət aldığını bildirib, ancaq BMT-nin bu hücumları və hücumlardan məsuliyyət daşıyanları tapa bilmədiklərini deyib. O, hücumun araşdırılması üçün əhatəli və sərbəst bir istintaqın açılması çağırışını edib.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/abs/237025.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR