"Biz bu şəxslərin adlarını seçici siyahısına sala bilərik" - MSK sədri

"Biz bu şəxslərin adlarını seçici siyahısına sala bilərik" - MSK sədri
17:14 10 Aprel 2018
52 Digər
Ölkə mətbuatı
A- A+

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir PənahovDövlət Statistika Komitəsi və MSK-nın səs vermək hüququna malik vətəndaşların sayı ilə bağlı statistikası arasında 2 milyon nəfərə qədər fərq olmasına aydınlıq gətirib.

 
APA-nın məlumatına görə, bu gün keçirilən mətbuat konfransında MSK sədri bildirib ki, Azərbaycanda vətəndaşın səs vermək hüququnu heç kim məhdudlaşdıra bilməz.
 
MSK sədri deyib ki, istənilən şəxs səsvermə günü şəxsiyyət vəsiqəsini götürüb yaşadığı dairədəki məntəqədə səs verə bilər: "Kiminsə adı seçici siyahısına düşməyə bilər. Ancaq Azərbaycanda vətəndaşın səs vermək hüququ mütləqdir. Bunun demokratik, şəffaf seçkilərin təşkilinə kölgə salması imkanı yoxdur. Mən dəfələrlə demişəm ki, bu məsələni qabardanların qohumlarından adı seçici siyahısında yoxdursa, biz onun adını məmnuniyyətlə seçici siyahısına sala bilərik. Azərbaycanda MSK və Dövlət Statistika Komitəsinin statistikası arasında fərqin vətəndaşın səsvermə hüququnun təmin olunmasına heç bir təsiri yoxdur. Ancaq bir sıra ölkələrdə adı seçici siyahısında olmayanların səs verməsinə icazə verilmir".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/298508

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR