Teleaparıcı Azər çoxdandır görmədiyi qızı ilə - FOTO

Teleaparıcı Azər çoxdandır görmədiyi qızı ilə - FOTO
11:42 16 Aprel 2015
1881 Şou
Ölkə mətbuatı
A- A+

Uzun müddətdir ayrılan aparıcı Azər İsmayılov və Vüsalə Əlizadə cütlüyü bir araya gəliblər
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, qızları Dilək üçün görüşən aparıcılar bu haqda sosial şəbəkədə yazıblar.

V.Əlizadə övladının şəklini paylaşaraq bunları qeyd edib:

"Balam atası ilə görüşüb. Fotolarını şəxsən özüm çəkmişəm. Bunu paylaşmaq istəmirdim, çünki ailə söhbətlərindən heç vaxt danışmamışam. Şəkli paylaşdım ki, bəziləri artıq-əskik danışmasınlar. Allahdan qorxun, hər şeyin öz vaxtı var. Qismət bu gün imiş".

A.İsmayılov isə qızı ilə çəkdirdiyi şəklin yanına “Balamla şəkil paylaşdım. Çoxunuz bunu istəyirdiniz” sözlərini yazıb.

Qeyd edək ki, Azər və Vüsalə 2013-cü ildə ayrılıblar.

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/334624.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR