Türkiyə parlamenti ölkədə davam edən fövqəladə vəziyyətin yeddinci dəfə uzadılmasını müzakirə edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu qərarın müzakirəsi aprelin 18-ə nəzərdə tutulub.

Bir müddət əvvəl Türkiyə baş nazirinin müavini Bekir Bozdağ müddətin uzadıla biləcəyini vurğulamışdı.

Xatırladaq ki, Türkiyədə fövqəladə vəziyyət 2016-cı ildə ölkədə hərbi çevrilişə cəhddən sonra tətbiq edilib.

Daha öncə fövqəladə vəziyyətin fevral ayında bitəcəyi deyilsə də, müddəti uzadılmışdı.

Milli.Az