BMT TŞ Rusiyanın qətnaməsini qəbul etmədi

BMT TŞ Rusiyanın qətnaməsini qəbul etmədi
22:39 14 Aprel 2018
164 Digər
Ölkə mətbuatı
A- A+

BMT Təhlükəsizlik Şurası Rusiyanın Suriyaya dair qətnaməsini qəbul etməyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qətnamə layihəsində Suriyaya qarşı təcavüzə son qoymaq çağırışı əks olunub.  

 

Sənədlə bağlı səsvermə Suriyanın ABŞ, Fransa və Britaniya tərəfindən bombalanmasından sonra Moskvanın təşəbbüsü ilə çağırılan BMT TŞ-in iclası zamanı keçirilib.

 

Rusiya, Çin və Boliviya qətnamənin qəbul edilməsini dəstəkləyib. Səkkiz ölkə sənədin “əleyhinə” səs verib, dörd ölkə “bitərəf” qalıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/298855

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR