Kanala düşən sərnişin tapıldı

Kanala düşən sərnişin tapıldı
22:22 11 Yanvar 2015
174 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az Fövqaladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, 09.01.2015-ci il tarixində Yuxarı Qarabağ kanalının İmişli rayonu ərazisindən keçən hissəsində (ən yaxın xilasetmə məntəqəsindən 50 km aralı) “Mercedes” markalı minik avtomobili suya düşüb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən avtomobildə olan sərnişinin axtarışlarına başlanılıb. 11.01.2015-ci il tarixdə 1993-cü il təvəllüdlü Əli Rəfail oğlu Şirinovun cəsədi dalğıc-xilasediciləri tərəfindən (batdığı yerdən 6 km aralıda) tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 20:39-da başa çatıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/318502.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR