Məşhur amerikalı aktyor Azərbaycana görə Ermənistana getməyəcək

Məşhur amerikalı aktyor Azərbaycana görə Ermənistana getməyəcək
07:38 20 Aprel 2018
123 Digər
Ölkə mətbuatı
A- A+

Amerikalı aktyor və rejissor Stiven Siqal Ermənistana səfər edəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.

Publika.az xəbər verir ki, bu barədə o, özünün "Feysbuk" səhifəsində yazaraq bu məlumatların doğru olmadığını deyib: "Məni Ermənistana dəfələrlə səfər etməyə dəvət ediblər, lakin heç zaman razılıq verməmişəm. Həmçinin heç zaman Dağlıq Qarabağa səfər etməyə razılıq verməmişəm. Çünki mən Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyirəm".

Qeyd edək ki, Ermənistan mətbuatı Stiven Siqalın aprelin 22-də Ermənistana, həmçinin Dağlıq Qarabağa səfər edəcəyini yazıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/238159.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR